PDF Oxu

Dünya

  • 7

İranda həbs edilmiş jurnalist qanun pozuntusu törətdiyini etiraf edib

İranda həbs edilmiş jurnalist qanun pozuntusu törətdiyini etiraf edib
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, Tehranda həbs edilmiş "Newsweek"in müxbiri Qərbin maraqlarını müdafiə etdiyini etiraf etmişdir. Həbs edilmiş Maziyar Bahari bu bəyanatını iyunun 30-da keçirilən mətbuat konfransında da vermişdi. Mətbuat konfransına xarici ölkə jurnalistləri buraxılmamışdır.
İranın kütləvi informasiya vasitələri M.Baharinin İranda keçirilən seçkiönü kampaniyası ərəfəsində böhtan materialları hazırlayıb Qərbə ötürdüyünü etiraf etdiyini bildirmişlər. "Newsweek"in nümayəndələri bu ittihamı təkzib etmişlər. Onların dediklərinə görə, on il ərzində İranda fəaliyyət göstərən M.Bahari özünün doğru-dürüst reportajları ilə fərqlənmişdir. "Newsweek"in Paris bürosunun rəhbəri Kris Dikinin dediyinə görə, M.Bahari həbs olunduğu vaxtdan nə vəkilləri, nə də qohumları ilə görüş ala bilməmişdir.
"Hüdudsuz jurnalistlər" təşkilatının verdiyi məlumata görə, İranda həbs edilmiş digər jurnalistlər də bu cür etiraflar etmişlər. İranda həbs edilmiş nümayişçilərin bir çoxu Qərbin kütləvi informasiya vasitələrinin təsiri altında küçələrə çıxdıqlarını bildirmişlər. "Hüdudsuz jurnalistlər" təşkilatı bu cür halları təzyiq vasitəsi kimi qiymətləndirmişdir.

Digər xəbərlər