PDF Oxu

Dünya

  • 9

İran prezidentinin yenidən seçilməsi məsələsi bağlı elan edilib

İran prezidentinin yenidən seçilməsi məsələsi bağlı elan edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranın Konstitusiyanı Mühafizəsi Şurasının ali nəzarətedici və qanunverici orqanı Mahmud Əhmədinejadın növbəti prezidentliyi müddətinə yenidən seçilməsi məsələsini bağlı elan etmişdir.
Şuranın rəsmi nümayəndəsi Abbasəli Kadhoday jurnalistlər önündə çıxışı zamanı demişdir ki, M.Əhmədinejadın iyunun 29-da qələbəsinin təsdiq edilməsi qanunidir və müxalifətin etirazının heç bir hüquqi əsası yoxdur. Onun dediyinə görə, şura seçkilərin nəticələrinin doğruluğu haqqında öz qərarını yekdilliklə təsdiq etmişdir.
İranda prezident seçkiləri iyunun 12-də keçirilmişdir. Seçkinin nəticələrini müstəqil surətdə təhlil edən Mirhüseyn Musəvinin seçki qərargahı prezidentliyə namizədin qalib gəldiyini bəyan etmişdi. Bundan sonra müxalifət hakimiyyət dairələri seçkinin nəticələrini saxtalaşdırmaqda ittiham etmiş və Tehran küçələrində kütləvi qanun pozuntuları başlanmışdı. Rəsmi məlumata görə, qarşıdurma zamanı 17 nəfər qətlə yetirilmişdir. Müxalifət isə 150 nəfərin öldürüldüyünü bildirir. Polis 450 nəfərə yaxın nümayiş iştirakçısını həbs etmişdi.
Konstitusiyanı Mühafizə Şurası bülletenlərin 10 faizini saydıqdan sonra yol verilmiş qanun pozuntularının seçkinin nəticələrinə təsir etmədiyini bəyan etmişdi. Bundan sonra Abbasəli Kadhoday 12 iyunda keçirilən prezident seçkilərinin "İran tarixində ən şəffaf seçki" olduğunu bildirmişdi. Şura iyunun 29-da M.Əhmədinejadın qələbəsini təsdiq etmişdir. İyunun 30-da M.Əhmədinejad qələbəsini İran İslam Respublikası düşmənlərinin məğlubiyyəti kimi qiymətləndirmişdir. İnauqurasiya mərasimi 26 iyul - 19 avqust arasında keçiriləcəkdir.

Digər xəbərlər