PDF Oxu

Dünya

  • 9

ABŞ demokratları Senatda “superəksəriyyət” təşkil etmişlər

ABŞ demokratları Senatda “superəksəriyyət” təşkil etmişlər
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, uzun sürən mübahisələrdən sonra Minnesota ştatından Senata nümayəndə seçilmişdir. İyunun 30-da məhkəmə noyabr seçkilərində demokratların namizədi El Frenkenin qələbəsini təsdiq etmişdir. Onun respublikaçı rəqibi Norm Koulmen, nəhayət, öz məğlubiyyətini etiraf etmişdir. Beləliklə, demokratlar Konqresin yuxarı palatasında olan 100 yerdən 60-nı tutmuşlar. Bu isə kvalifikasiyalı əksəriyyət və ya "superəksər" səs çoxluğu deməkdir.
59 yaşlı Norm Koulmen 2003-cü ildən 2009-cu ilin əvvəllərinədək Minnesota senatoru postunu tutmuşdu. O öz uğursuzluğunu bu cür xarakterizə etmişdir: "Hökumətimiz qadın və kişi hakimiyyəti yox, qanuni hakimiyyətdir. Minnesota Ali Məhkəməsi öz sözünü dedi və bu qərara ehtiramla yanaşıram. Minnesota üçün seçilmiş liderləri ətrafında sıx birləşməyin vaxtı çatmışdır. Ştatın bütün sakinləri ilə birlikdə yeni senator El Frenkeni təbrik edirəm."
Noyabrın 4-də bülletenləri sayarkən Norm Koulmen El Ferenkendən 200 səs artıq toplamışdı. 3 nəfərdən ibarət xüsusi hakimlər kollegiyası Frenkenin rəqibindən 312 səs artıq topladığını bəyan etmişdir.
El Frenken iyulun 6-da öz yeni vəzifəsinin icrasına başlayacaq. O, 1951-ci ildə Nyu-Yorkda doğulmuşdur. Seçkilərdən əvvəl o, yazıçılıq və siyasi şərhçiliklə məşğul olmuş, ancaq daha çox komik aktyor kimi şöhrət qazanmışdır. Frenken də öz rəqibi kimi yəhudi əsillidir və Senatda 14-cü yəhudi olacaqdır.

Digər xəbərlər