PDF Oxu

Dünya

  • 12

İraq şəhərləri yerli hökumət ordusunun müdafiəsinə keçib

İraq şəhərləri yerli hökumət ordusunun müdafiəsinə keçib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 30-dan etibarən İraq şəhərlərinin təhlükəsiz mühafizə məsələsi ilə yerli hərbi qulluqçular məşğul olacaqdır. Artıq ABŞ ordusu İraq şəhərlərini tərk etməkdədir.
İraqın Bağdad və eləcə də, digər şəhərlərində əlavə təhlükəsizlik tədbirləri görülməkdədir. Bu tədbirlər silahlıların fəallaşmasının qarşısını almağa yönəldilmişdir. Hazırda Bağdad küçələrində əlavə polis patrul xidməti fəaliyyət göstərir.
Bağdadın mülkü müdafiə təşkilatının nümayəndəsi Takhsin əl-Şeyxlinin dediyinə görə, İraq əhalisi öz şəhərlərini müstəqil surətdə qorummaq imkanına görə fərəh hissi keçirirlər. İyunun 29-da Bağdadda ABŞ qoşunlarının çıxarılmasına həsr olunmuş bayram şənliyi keçirilmişdir. Keçmiş müdafiə nazirliyinin binası yenidən İraq hökumətinə qaytarılmışdır.
Son bir ay ərzində terrorçular yüzlərlə iraqlını qətlə yetirmişlər. Yalnız iyunun 20-də Kərkükdə içərisinə partlayıcı qurğu bərkidilmiş yük maşınının partladılması nəticəsində 72 nəfər həlak olmuş, 200 nəfər yaralanmışdır.
İraq ordusu və polisinin ümumi sayı 175 min nəfərdir. İyunun ortalarınadək İraqda 131 min Amerika əsgəri qalmışdır. ABŞ ordusunun tamamilə çıxarılması 2011-ci ilin axırlarında başa çatacaqdır.

Digər xəbərlər