PDF Oxu

Dünya

  • 7

İranda Britaniya səfirliyinin beş əməkdaşı azadlığa buraxılıb

İranda Britaniya səfirliyinin beş əməkdaşı azadlığa buraxılıb
"Sku Nyus" informasiya agentliyinin İranın Xarici İşlər Nazirliyinin nümayəndəsinin dediklərinə əsaslanaraq, yaydığı məlumata görə, iyunun 28-də İranda həbs edilmiş Britaniya səfirliyinin 9 əməkdaşından beş nəfəri azadlığa buraxılmışdır. Onların həbs edilməsinin səbəbini iyunun 12-də keçirilmiş prezident seçkilərində kütləvi qanun pozuntusu törətmələrinə yozmuşlar. İran məmurları dəfələrlə bəyan etmişdilər ki, Tehranda qanun pozuntusu törədənlərin arxasında xarici ölkə nümayəndələri durur.
Britaniyanın xarici işlər naziri Devid Milibend iranlı həmkarı ilə danışdıqdan sonra səfirlik əməkdaşlarından beş nəfəri azadlığa buraxılmışdır. D.Milibend Böyük Britaniyanın İranın daxili işlərinə qarışmadığını bildirmişdir.
İranda kütləvi qanun pozuntuları müxalifətin namizədi Mirhüseyn Musəvi sekilərdə Mahmud Əhmədnejada uduzduqdan sonra başlanmışdır. M.Musəvinin tərəfdarları seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirir və küçələrə axışırdılar. Polis etiraz aksiyasını dağıtmış və nəticədə rəsmi məlumata görə, 19 nəfər həlak olmuşdur.
İyunun 29-da beş günlük fasilədən sonra nümayişçilər yenidən Tehran küçələrinə çıxmışdır.

Digər xəbərlər