PDF Oxu

Dünya

  • 11

ABŞ Əfqanıstana hərbi yükləri Rusiya ərazisindən keçirəcək

ABŞ Əfqanıstana hərbi yükləri Rusiya ərazisindən keçirəcək
"Kommersant" qəzetinin yazdığına görə, hazırda Rusiya və ABŞ Amerika hərbi yüklərinin Rusiya ərazisindən keçirilərək Əfqanıstana çatdırılması haqda birgə tranzit razılaşması işləyib hazırlayıblar. Qəzetin məlumatına görə, məsələ iyunun 27-də Korfu adasında Rusiya Şurası və NATO-nun yığıncağında müzakirə edilmişdir.
NATO-nun baş katibi Yaap de Hoop Sxefferə yatırım mənbələrin məlumatına görə, söhbət həm hava, həm də yerüstü vasitələrlə daşınacaq yüklərdən gedir. Razılaşmanın əldə ediləcəyi təqdirdə, gün ərzində Rusiyadan Əfqanıstana ABŞ-ın 12 hərbi-nəqliyyat təyyarələri uçacaqdır. Sənəd iyulun əvvəllərində Barak Obamanın Moskvaya ilk səfəri ərəfəsində imzalanacaqdır. Rusiya həm də Əfqanıstana daşınan hərbi yüklərin təhlükəsizliyini də təmin edəcəkdir.
Rusiya və NATO əməkdaşlıq əlaqələrini 2008-ci ilin avqustunda dayandırmışdı. Rusiya Şurası-NATO aprelin axırlarında əməkdaşlıq əlaqələrini bərpa etmişdir.

Digər xəbərlər