PDF Oxu

Dünya

  • 7

Rusiya Qafqazda geniş hərbi təlimlərə başlayıb

Rusiya Qafqazda geniş hərbi təlimlərə başlayıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 29-da Cənub Federal Dairəsində Rusiya hərbçiləri "Qafqaz-2009" adı altında təlimlərə başlamışdır. Hərbi manevrlərdə 8,5 min nəfərədək hərbçi, 200 tank, zirehli nəqliyyat vasitələri və artilleriya qüvvələri iştirak edəcəkdir. Əsgər qüvvəsi və döyüş texnikası Rusiyanın Şimali Qafqaz hərbi dairəsindən götürüləcəkdir. Manevrlər Şimali Qafqaz, Abxaziya və Cənubi Osetiyanı əhatə edəcəkdir. Hərbi təlimlərə baş qərargahın rəisi ordu generalı Nikolay Makarov başçılıq edəcəkdir.
Manevrlər başa çatdıqdan sonra, Cənub Federal Dairəsinin döyüş vəziyyətinin keyfiyyətinə qiymət veriləcəkdir. Rusiyanın Müdafiə Nazirliyi Şimali Qafqazda genişmiqyaslı təlimlərin keçiriləcəyi haqda may ayında bəyanat vermişdi. Müdafiə nazirinin birinci müavini Aleksandr Kolmakovun dediyinə görə, bu təlim öz miqyasına görə, sovet dövründə keçirilən təlimlərlə müqayisə edilə bilər.

Digər xəbərlər