PDF Oxu

Dünya

  • 12

Bağdadın şimali-şərqində partlayış törədilib

Bağdadın şimali-şərqində partlayış törədilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 24-də Bağdadın şimali-şərqində baş vermiş partlayış nəticəsində ən azı 55 nəfər həlak olmuşdur. İraqın Daxili İşlər Nazirliyi bu məlumatı təsdiq etmişdir.
Partlayış Bağdadın Sədr-Siti kvartalındakı bazarlarından birin də törədilmişdir. Həmin vaxt bazarda çoxlu alıcı olmuşdur. Bu kvartal, əsasən, şiələrin məskunlaşdıqları yerdir. Partlayıcı qurğu balaca arabacığa qoyulmuşdu. "Röyter"in məlumatına görə, partlayış nəticəsində 52 nəfər həlak olmuş, 104 nəfər yaralanmışdır.
ABŞ əsgərlərinin İraq şəhərlərindən çıxarılmasına 6 gün qalmış törədilən bu partlayış iyunda baş vermiş ikinci nəhəng terror aktıdır. Ayın əvvəllərində terrorçular Kərkükün "Əl-Rəsul" şiə məscidinin binası yaxınlığında partlayış törətmişlər. Nəticədə 60 nəfərə yaxın adam həlak olmuşdur. Apreldə Sədr-Siti bazarında 3 avtomobil partladılmış, nəticədə 40 nəfərdən çox adam ölmüşdür.

Digər xəbərlər