PDF Oxu

Dünya

  • 14

İran XİN-i Pan Gi Munu ittiham edir

İran XİN-i Pan Gi Munu ittiham edir
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, İranın Xarici İşlər Nazirliyi BMT-nin baş katibi Pan Gi Munu ölkənin daxili işlərinə qarışdığına görə ittiham etmişdir. İran XİN-nin nümayəndəsi Həsən Qasqavi təəssüf hissi ilə bildirmişdir ki, BMT-nin baş katibi keçmişdə kolonial  münasibətləri olan Qərbin "despot dövlətləri"nin diqtəsi ilə hərəkət edir.
Bir gün əvvəl BMT-nin baş katibi Pan Gi Mun İran hökumətinə müraciət edib "öz xalqının iradəsinə hörmətlə yanaşmağı" tövsiyə etmişdi. Bu bəyanat məhz həmin tövsiyə ilə əlaqədar qəbul edilmişdi. Pan Gi Mun öz narahatlığını ifadə edərək bildirmişdi ki, müxalifətin iyunun 13-dən başlanmış kütləvi çıxışları polis dəyənəyi ilə qarşılaşır. BMT-nin baş katibi tələb edirdi ki, İran hökuməti "güc tətbiq etməklə öz xalqını qorxutmaqdan və həbs etməkdən" çəkinsin.
İyunun 22-də Tehran analoji ittiham  ilə Avropa Birliyi və bütövlükdə, Qərb ölkələrinə müraciət etmişdi. Son məlumatlara görə, İranda baş vermiş kütləvi aksiyalar zamanı 150 nəfərədək insan qətlə yetirilmişdir. Ölkədə xarici ölkələrin kütləvi informasiya vasitələrinin fəaliyyətinə qadağa qoyulduğundan dəqiq informasiyalar almaq xeyli çətinləşmişdir.

Digər xəbərlər