PDF Oxu

Dünya

  • 12

Rusiya “Manas” haqda qərarı xoş olmayan sürpriz kimi qiymətləndirir

Rusiya “Manas” haqda qərarı xoş olmayan sürpriz kimi qiymətləndirir
"Kommersant" qəzetinin yazdığına görə, Qırğızıstan hökumətinin "Manas" Amerika bazasını "Tranzit daşınma mərkəzi" adı altında saxlaması Rusiya üçün gözlənilməz olmuşdur. Qəzet məlumatı Rusiyanın Xarici İşlər Nazirliyindən almışdır. 
İyunun 23-də Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenkonun "24.kd" agentliyinə verdiyi məlumata görə, Qırğızıstan hökumətinin bu qərarı Rusiya tərəfindən etirazla qarşılanmır və ABŞ-la yeni razılaşma imzalamaq "Qırğızıstanın suveren hüququdur." Qeyri-rəsmi məlumata görə isə,  Rusiyanın Xarici İşlər Nazirliyi başqa versiya irəli sürmüşdür.  Nazirlikdəki mənbə "Kommersant" qəzetinə bu ifadələrlə müracit etmişdir: "Bazanın amerikalılarda qalacağı haqqındakı xəbər bizim üçün xoşagəlməz sürpriz oldu. Biz qırğızlardan bu cür yanaşma gözləmirdik." Həmin mənbənin dediyinə görə, bu qərar Rusiya-Qırğızıstan danışıqları ilə üst-üstə düşmür və Moskva Qırğızıstana "adekvat cavab" verəcəkdir.
"Vedemosti" qəzeti də "Kommersant"ın yaydığı informasiyanı təsdiq etmişdir. Bu qəzet də Rusiya XİN mənbəsindən analoji cavab almışdır.

Digər xəbərlər