PDF Oxu

Dünya

  • 14

Bolqarıstanda Kosovonun keçmiş baş nazir həbs edilib

Bolqarıstanda Kosovonun keçmiş baş nazir həbs edilib
"DPA" Serbiya informasiya agentliyinin yaydığı məlumata görə, Bolqarıstan ərazisində Serbiyanın təşəbbüsü ilə beynəlxalq axtarışa verilmiş Kosovonun keçmiş baş naziri Aqim Çeku həbs edilmişdir. A.Çekunun başçılıq etdiyi Kosovo Sosial-Demokrat Partiyasının nümayəndələrindən birinin dediyinə görə, liderləri bir neçə saat ərzində azadlığa buraxılacaqdır. Agentlik bu cür sərt bəyanatın nə ilə bağlı olduğunu şərh etməmişdi.
Agentlik xatırladır ki, A.Çeku son bir neçə ildə artıq üçüncü dəfədir ki, həbs edilir. O, ilk dəfə 2003-cü ildə Sloveniyada, 2004-cü ildə isə Macarıstanda həbs edilmişdir. A.Çeku beynəlxalq axtarışda olması səbəbindən 2009-cu ildə Kolumbiyadan qovulmuşdur.
Serbiya A.Çekunu 2002-ci ildə beynəlxalq axtarışa vermişdir. O da, içərilərində Kosovonun indiki baş naziri Haşim Taçinin də olduğu bir neçə Kosovo albanı kimi hərbi cinayətlərdə və serb xalqını soyqırıma məruz qoymaqda ittiham edildiyinə görə, Serbiya hökuməti tərəfindən beynəlxalq axtarışa təqdim edilmişdir.
A.Çeku iki konflikt nəticəsində baş vermiş cinayətdə təqsirli bilinir. Birincisi, 1991-ci ildə Xorvatiyanın Yuqoslaviyadan azad olunması uğurunda apardığı müharibə idi. O vaxt A.Çeku Yuqoslaviya ordusundan fərarilik edib, xorvatlar tərəfində serblərə qarşı vuruşurdu. NATO-nun Yuqoslaviya əleyhinə apardığı müharibədə A.Çeku "Kosovonu müdafiə korpusu"na başçılıq edirdi.
A.Çeku 2006-cı ildə Kosovonun baş naziri vəzifəsinə təyin edildi və bu postu 2008-ci ilin 9 yanvarınadək tutub, sonradan onu Haşim Taçiyə təhvil verdi. Həmin ilin aprelində, o, Kosovonun Sosial-Demokrat Partiyasına qəbul edildi.

Digər xəbərlər