PDF Oxu

Dünya

  • 8

Gürcüstan Əfqanıstana 500 əsgər göndərir

Gürcüstan Əfqanıstana 500 əsgər göndərir
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstan hökuməti Əfqanıstanda sabitliyə yardım edən NATO-nun beynəlxalq qüvvələrinin daha da möhkəmlənməsi üçün onun köməyinə 500 nəfər əsgər göndərməyi nəzərdə tutur. Pentaqon mənbəsinin məlumatına görə, Gürcüstan batalyonu Əfqanıstandakı NATO qoşunlarına 2010-cu ildə qoşulacaqdır.
Maraqlı cəhət odur ki, Ağ Ev iyulun 20-də ABŞ-ın vitse-prezidenti Co Baydenin Tbilisiyə səfəri haqda məlumat verən kimi Gürcüstan rəhbərliyi öz yeni planları haqda danışmağa başlamışlar. Agentliyin məlumatına görə, C.Bayden Tbilisi səfərindən sonra iyulun 24-də Ukraynaya gedəcəkdir. Məlum olduğu kimi, Tbilisi və Kiyev dəfələrlə NATO-ya daxil olmaq haqda bəyanatlar vermişlər. Ancaq alyans nümayəndələri belə hesab edirlər ki, haqqında söhbət gedən ölkələr tam hüquqlu üzvlüyə kifayət qədər hazır deyillər.
Hazırda Əfqanıstan ərazisində 90 min nəfər NATO hərbi qulluqçusu xidmət edir. 2003-cü ildə 2000 Gürcüstan əsgəri İraqda koalisiya qüvvələri tərkibində xidmət edirdi. 2008-ci ilin avqustunda Rusiya ilə konflikt zamanı Gürcüstan rəhbərliyi onları geri çağırmışdır.

Digər xəbərlər