PDF Oxu

Dünya

  • 8

Tehranda 457 nəfər nümayişçi həbs edilib

Tehranda 457 nəfər nümayişçi həbs edilib
"Assoşieyted Press" informasiya agentliyinin İran dövlt radiostansiyasına  əsaslanaraq, yaydığı məlumata görə, iyunun 20-də Tehranın mərkəzi meydanlarında 457 nəfər aksiya iştirakçısı həbs edilmişdir. Həmin gün İranın paytaxtında Mirhüseyn Musəvi tərəfdarlarının keçirdiyi  etiraz aksiyaları nümayişçilərlə polis arasında toqquşmaya səbəb olmuşdur. Polis nümayişçilərə qarşı rezin dəyənəklərdən su toplarından və gözyaşardıcı qazlardan istifadə etmişdir. Nəticədə onlarla nümayişçi bədən xəsarəti almışdır.
"FARS" İran informasiya agentliyinin hüquq-mühafizə orqanlarına əsaslanaraq, yaydığı məlumata görə, qarşıdurma nəticəsində 40 nəfər polis əməkdaşı yaralanmış və dövlət strukturlarının yerləşdiyi 34 binaya maddi zərər dəymişdir.
M.Musəvi tərəfdarları Tehranda etiraz aksiyasına iyunun 12-də başlanmışlar. Rəsmi məlumata görə, prezident seçkilərində böyük səs üstünlüyü ilə iqtidarda olan İran prezidenti Mahmud Əhmədinejad qalib gəlmişdir. Müxalifətin prezidentliyə real namizədi M.Musəvi isə 30 faizdən bir qədər çox səs qazanmışdır. Seçkilərin nəticələri elan edildikdən sonra M.Musəvi bülletenlər sayılan zaman ciddi qanun pozuntusuna yol verildiyini bəyan edib, təkrar seçkilərin keçirilməsini təklif etmişdir. İran hökuməti isə bülletenlərin bir hissəsini yoxlamağa razılıq vermişdir.
İyunun 19-da İranın dini lideri ayətullah Əli Xameneyi əhalini sakitliyə riyaət etməyə çağırmış  və mitinqlərlə seçkinin nəticələrini dəyişməyə nail olmayacaqlarını bildirmişdi. O, M.Əhmədinejadın qanuni yolla seçildiyini də təsdiq etmişdi. Hətta bundan sonra da İran müxalifəti etiraz aksiyasını davam etdirməyi lazım bilmişdir.
İran hökuməti xarici ölkələrin kütləvi informasiya vasitələrinə Tehranda keçirilən etiraz aksiyaları haqqında məlumat verməyi qadağan etmişdir. Hazırda Tehran hadisələri haqqında məlumatlar ancaq dövlətin kütləvi media orqanları və şahidlərin internetlə göndərdikləri məlumatlar vasitəsilə  yayımlanır. Şahidlərin dediklərinə görə, polislə toqquşma zamanı 20 nəfərdək nümayişçi həlak olub.
ABŞ prezidenti Barak Obama İranın hakimiyyət dairələrini və yeni seçilmiş prezident Əhmədinejadı nümayişləri güc tətbiq etmək yolu ilə dağıtmaqdan əl çəkməyə çağırmışdır. "İran hökuməti başa düşməlidir ki, dünya ictimaiyyəti baş verən hadisələri izləməkdədir. İnsanların azad söz və yığışmaq hüquqları təmin edilməlidir" deyə B.Obama bildirmişdir.

Digər xəbərlər