PDF Oxu

Dünya

  • 15

“Manas” bazasını saxlamaq üçün Qırğızıstana milyard dollar təklif edilib

“Manas” bazasını saxlamaq üçün Qırğızıstana milyard dollar təklif edilib
"Nezavisimaya qazeta"nın yazdığına görə, ABŞ "Manas" aviabazasının saxlanması üçün Qırğızıstana 1 milyard dollar təklif etmişdir. Qəzetin məlumatına görə, bu məbləğ Türkiyə tərəfindən investisiya formasında təqdim ediləcəkdir.
Keçmiş prezidentliyə namizəd və hazırda müxalifətdə olan Jenişbek Nazaraliyevin dediyinə görə, Türkiyə prezidenti Abdullah Gül ABŞ-Qırğızıstan danışıqlarının "Manas" bazası məsələsinə fəal surətdə qoşulmuşdur. Danışıqlar zamanı Qırğızıstan prezidenti Kurmanbek Bakiyev sərt formada bəyan etmişdir ki, aviabazanın saxlanması üçün 1 milyard dollar həcmində investisiya tələb edir.
ABŞ tərəf də dəfələrlə bəyan etmişdir ki, "Manas" avibazasının saxlanmasının Qırğızıstan iqtisadiyyatına müsbət təsiri olacaqdır. Aviabaza komandanı polkovnik Bleyn Holtun dediyinə görə, artıq ABŞ "Manas" üçün 60 milyon dollar investisiya qoyuluşu etmişdir. "ABŞ və Qırğızıstan tərəflərin razılaşacaqları təqdirdə, daha 50 milyon dollar yatırım edə bilərik" deyə B.Hol "Nezavisimaya qazeta"ya bildirmişdir.
ABŞ yatırımlardan əlavə hər il Qırğızıstana 25-41,5 milyon dollar maliyyə yardımı etməyə planlaşdırır. Daha 30 milyon dollar Qırğızıstan avianəqliyyatının modernləşdirilməsinə yönəldiləcəkdir.

Digər xəbərlər