PDF Oxu

Dünya

  • 9

Cəsədlərin 11-nin şəxsiyyəti müəyyən edilib

Cəsədlərin 11-nin şəxsiyyəti müəyyən edilib
"O Qlobo" Braziliya internet nəşrinin məlumatına görə, 2009-cu il iyunun əvvəllərində Atlantik okeanında qəzaya uğramış "A330-200" aerobusunun okeandan çıxarılmış 11 cəsədinin şəxsiyyəti müəyyən edilmişdir. Onların 10 nəfəri (5 kişi, 5 qadın) Braziliya vətəndaşları olmuşdur. Polisin məlumatına görə, həlak olanların qohumları əzizlərinin adlarının açıqlanmasına razılıq verməmişlər.
İnternet nəşrin məlumatına görə, şəxsiyyətləri müəyyən edilmiş cəsədlər balzamlaşdırılacaqdır. Bu işə tezliklə Braziliyanın şərqində yerləşən Resivi şəhərinin laboratoriyasında başlanılacaqdır.
Xatırladırıq ki, indiyədək okeanın dibindən 50 cəsəd çıxarılmışdır. Aerobusun bortunda isə 32 ölkədən 228 nəfər sərnişin olmuşdur. Qəza iyunun 1-də baş vermişdir. Təyyarənin ilk fraqmentləri və cəsədlər iyunun 6-dan etibarən çıxarılmağa başlanmışdır.

Digər xəbərlər