PDF Oxu

Dünya

  • 6

İran müxalifəti prezidentin 646 qanun pozuntusunu üzə çıxarıb

İran müxalifəti prezidentin 646 qanun pozuntusunu üzə çıxarıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məumata görə, iyunun 12-də İranda keçirilən prezident seçkilərində 646 qanun pozuntusu aşkar edilmişdir. Bu fakt seçkilərin gedişini izləyən İranın Müşahidəçilər Şurası tərəfindən təsdiq edilmişdir.
Prezidentliyə namizədlərdən birinin tərəfdarları şuraya 390 qanun pozuntusu haqda məlumat vermişlər. Bu pozuntular içərisində 51 seçki bülleteninin çatışmaması da qeyd olmuşdur. Bundan başqa şikayət məktubunda deyilir ki, namizədin rəsmi nümyəndələri seçki məntəqələrinə buraxılmamışdır. İkinci prezidentliyə namizə şuraya 160, üçüncü namizəd isə 96 qanun pozuntusu haqda məlumat vermişdir.
Prezident seçkilərində iqtidarda olan Mahmud Əhmədinejaddan başqa, keçmiş baş nazir Mirhüseyn Musəvi və keçmiş parlament spikeri Mehdi Kərrubi də öz namizədliyini irəli sürmüşdür. M.Əhmədinejadın başlıca rəqibi M.Musəvi olmuşdur. Seçkilərin rəsmi nəticələri elan edilməmişdən bir qədər əvvəl M.Musəvi jurnalistlərə qalib gəldiyi haqda məlumat vermişdi. Ancaq hökumət seçkinin rəsmi nəticələrini elan edərkən M.Əhmədinejadın uğur qazandığını bəyan etmişdi. Bundan sonra iyunun 13-də İranda M.Musəvi tərəfdarlarının kütləvi qanun pozuntusuna çevrilən etiraz aksiyası başlanmışdı. Dünyanın bir çox ölkələrində İran müxalifətçilərini dəstəkləyən etiraz aksiyaları keçirilmişdi. İyunun 16-da İran hökuməti səslərin yenidən sayılmasına razılıq verdilər. Ancaq M.Musəvi təkrar seçkilərin keçirilməsi tələbi ilə çıxış etdi.
İyunun 18-də İran müxalifətçiləri Tehranda həlak olmuş həmkarlarının xatirəsini yad etmək üçün dinc yürüş keçirdilər. Rəsmi məlumata görə 7, qeyri-rəsmi məlumata görə 20 nəfər həlak olmuşdur. İyunun 18-də M.Musəvi tərəfdarları daxili işlər naziri Sadiq Məhsuli tərəfindən İranın ali dini rəhbəri ayətullah Əli Xameneiyə yazılmış məktubun surətini yaymağa başladılar. Sənəddə deyilir ki, M.Musəvi 19, M.Kərrubi 13,4, M.Əhmədinejad isə 5,7 milyon seçici səsi toplamışdır.

Digər xəbərlər