PDF Oxu

Dünya

  • 8

Çeçen qadın Rusiya əleyhinə məhkəmədə qalib gəlib

Çeçen qadın Rusiya əleyhinə məhkəmədə qalib gəlib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Çeçenistanın Urus-Martan kəndinin sakini Sebiqat Maqomadova insan hüquqları üzrə Avropa Məhkəməsində Rusiya əleyhinə qaldırılmış iddianı udmuşdur. Məhkəmə qadının oğlu İbrahim Urusxanovun yoxa çıxmasında Rusiyanı təqsirli bilmişdir. İşin materallarında göstərilir ki, 2002-ci ilin 12 aprelinə keçən gecə İ.Urusxanov Rusiyanın güc strukturları tərəfindən saxlanılmış və ondan sonra bir daha geri qayıtmamışdır. Strasburq Məhkəməsi hazırda İ.Urusxanovun öldürüldüyünü təsdiq etmişdir. Məhkəmənin qərarına əsasən, Rusiya S.Maqomadovaya 35 min avro məbləğində kompensasiya ödəməlidir. 2005-ci ilin fevralından etibarən Avropa Məhkəməsi Rusiya hökumətini 200 nəfərdən çox adamın ölümündə ittiham etmişdir. Hazırda məhkəmədə Şimali Qafqaz məsələsi üzrə baxılmaq üçün 300-dək şikayət məktubu öz növbəsini gözləyir.

Digər xəbərlər