PDF Oxu

Dünya

  • 13

Lukaşenko özünü Türkmənbaşının şagirdi elan etdi

Lukaşenko özünü Türkmənbaşının şagirdi elan etdi
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Belorus prezidenti Aleksandr Lukaşenko Türkmənistana rəsmi səfəri dairəsində mərhum prezident Saparmurad Niyazovun onun siyasi himayədarı olduğunu etiraf etmişdir. "Mənə Saparmurad Atayeviçi tanımaq xoşbəxtliyi nəsib olmuşdur. O vaxt mən gənc siyasətçi idim və o, mənə çox şeyləri öyrətmişdir. Bunların arasında həyat müdrikliyi, öz xalqına ehtiram və diqqətlə yanaşmaq və hər addımını hesablamaq qabiliyyətləri olmuşdur" deyə A.Lukaşenko bildirmişdir.
Belorus prezidentinin dediyinə görə, Türkmənistan xalqı ilk milli lideri ilə öyünə bilər və o, "böyük inkişaf epoxasının fundamental əsasını qoymuşdur." Məlum olduğu kimi, "böyük inkişaf epoxası" dedikdə, hazırda iqtidarda olan prezident Qurbanqulu Berdiməhəmmədovun dövrü nəzərdə tutulur.
Türkmənbaşı adına layiq görülmüş Saparmurad Niyazov respublikanı 15 ildən çox idarə etmişdi. O, hökumət başçısı vəzifəsi ilə yanaşı digər başlıca dövlət postlarının hamısını tutmuşdu. 1990-cı illərdə Türkmənistan Xalq Şurası S.Niyazovu ömürlük prezident elan etmişdi. O, ömrünün sonuna kimi dövlət başçısı postunu tutmuşdu. 2006-cı ildə ürək çatışmamazlığından vəfat etmişdir.
A.Lukaşenko Belorusu 15 ildir ki, idarə edir. O, konstitusiyadakı məhduduluğu dəyişiklik etmək yolu ilə aradan qaldırmışdır. 2008-ci ilin mayında A.Lukaşenko 2011-ci il prezident seçkilərində seçilərək dördüncü dəfə ölkəni idarə etmək istədiyini bəyan etmişdi. ABŞ və Avropa Birliyi Belorusda keçirilən prezident seçkilərini kəskin tənqid atəşinə tutmuş və bəzi ölkə çinovnikləri üzərinə sanksiya tətbiq etmişdi. Bu sanksiya 2008-ci ildə ləğv edilmişdi.

Digər xəbərlər