PDF Oxu

Dünya

  • 5

Atlantik okeanında 50 sərnişinin cəsədi tapılıb

Atlantik okeanında 50 sərnişinin cəsədi tapılıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, xilasedicilər son günlər iyunun əvvəllərində Atlantik okeanında qəzaya uğramış təyyarənin bir sərnişinin də cəsədini tapmışlar. Aviasiya qəzalarının təhqiqatı üzrə Fransa bürosunun başçısı Pol-Lui Aslanianın dediyinə görə, bununla da tapılmış cəsədlərin ümumi sayı 50-yə çatmışdır. Onun təsdiq etdiyinə görə, okean sularından 400-dən çox təyyarə qırıntısı çıxarılmışdır. Hazırda təyyarə hissələri Braziliyanın Resife şəhərində saxlanılır.
İndiyədək təyyarənin "qara qutu"su tapılmamışdır. Görünür, o, okeanın dərinliklərinə enmişdir. Büro başçısının dediyinə görə, Braziliya hökuməti fransız mütəxəssislərinə cəsədlərin yarılması haqda icazə verməmişdir. Yaxın günlərdə bu cür icazənin alınacağı gözlənilir.

Digər xəbərlər