PDF Oxu

Dünya

  • 12

Qrızlov Putin və Medvedev arasında seçim edə bilməyib

Qrızlov Putin və Medvedev arasında seçim edə bilməyib
"Vremya Novostey"  qəzetinin yazdığına görə, Dövlət Dumasının spikeri və "Yedinaya Rossiya"nın liderlərindən biri olan Boris Qrızlov fraksiyanın gənc nümayəndələri ilə keçirdiyi görüş zamanı "Bu gün Rusiyada prezident, yoxsa baş nazir ölkəyə başçılıq  edir?" sualına dəqiq cavab verə bilməmişdir.
B.Qrızlov prezident Dmitri Medvedev və təmsilçisi olduğu partiyanın sədri Vladimir Putin arasında seçim etməyi lazım bilmədiyini vurğulamış və demişdir: "Belə hesab edirəm ki, hazırda ölkədə çox xoş bir vəziyyət yaranmışdır. Bu vəziyyətdə prezident və hökumət başçısı özlüklərində bir tandem nümayiş etdirirlər. Allah eləsin, digər dövlətlər də bu cür vəziyyətdə olsunlar."
B.Qrızlovun "həmpartiyalı gənclərlə diskussiyası" iyunun 17-də keçirilmişdir. Görüşdə dörd Dövlət Duması fraksiyasının 20 gənc nümayəndəsi iştirak edirdi. Diskussiya zamanı B.Qrızlov qubernator seçkilərinə getmək ideyasının vaxtı çatmadığını bildirmişdir. "Xarici ölkələrdə hökumətin tərkibində müxalifət təmsilçiliyi məsələsinə necə baxırsınız" sualına B.Qrızlov hazırda onun üçün nazirlər kabinetində "yedinoroslar"ın çatışmadığını bildirmiş və əlavə etmişdir ki, hökumətdə maliyyə naziri Aleksey Kudrin kimi hakimiyyət partiyası opponentləri vardır.

Digər xəbərlər