PDF Oxu

Dünya

  • 10

Perunun baş naziri hindularla konflikt zəminində istefaya gedir

Perunun baş naziri hindularla konflikt zəminində istefaya gedir
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Perunun baş naziri Eude Simon Amazon hinduları və polis arasında baş vermiş qanuni toqquşmadan sonra istefaya çıxmaq niyyətində olduğunu bildirmişdir. Məlum olduğu kimi, toqquşma nəticəsində 35 nəfər həlak olmuşdur.
E.Simon Peru Konqresində çıxışı zamanı ölkənin şimalında baş vermiş etiraz aksiyasının səbəbinin bir-birilə əksilik təşkil edən iki sərəncamla əlaqədar olduğunu sübut etmişdir. Sərəncamları konqresmenlər qəbul etmişlər. Bir müddət əvvəl baş nazir hindu qəbiləsinin liderlərindən üzr istəmiş və hökumətin buraxdığı səhv nəticəsində onların hüquqlarının pozulduğunu etiraf etmişdir.
Peru hindularının etiraz aksiyası bu ilin aprelində başlanmışdır. İyunun 5-də hökumətdən narazı qalmış hindular Baqua şəhərinə gedən yolu bağlamışdılar. Onlar tələb edirdilər ki, prezident Alan Qarsiya 2007-2008-ci illərdə qəbul etdiyi sərəncamı ləğv etsin. Bu sərəncamlara əsasən, hinduların neft və digər yeraltı sərvətlər çıxarmalarına məhdudiyyət qoyulmuş və kənd təsərrüfatı işlərini aparmaq üçün qadağa tətbiq edilmişdi.
Hökumət üsyanı boğmaq üçün hinduların üzərinə 400 nəfərə yaxın polis əməkdaşı göndərmişdir. Qarşıdurma nəticəsində 11 polis əməkdaşı qətlə yetirilmiş və Baqua ərazisində neftçıxarma müəssisələrini mühafizə edən 38 nəfər polis zabiti yaralanmışdı. Ölənlərin ümumi sayı 35 nəfər olmuşdu.

Digər xəbərlər