PDF Oxu

Dünya

  • 8

Rusiya Gürcüstanla birgə təlim keçirməkdən imtina etdi

Rusiya Gürcüstanla birgə təlim keçirməkdən imtina etdi
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın Qara Dəniz Donanması Ukraynanın təşkil etdiyi "İnam-2009" təlimlərində iştirak etməkdən imtina etmişdir. Təlimdə Rusiyadan başqa Gürcüstan da iştirak etməli idi. Rusiyanın müdafiə nazirinin müavini Vladimir Popovkinin verdiyi bəyanata görə, Rusiya Gürcüstanın hərbi-dəniz qüvvələrində keçirilən təlimlərdə iştirak etməyəcəkdir.
"İnterfaks" V.Popovkinin fikrini bu cür ifadə etdiyini bildirir: "Bu məsələnin həlli mənim məsuliyyətim dairəsində deyildir. Bununla belə bir insan və bir vətəndaş kimi belə hesab edirəm ki, biz Gürcüstanın hərbi-dəniz qüvvələrində hərbi təlimlərdə iştirak etməyəcəyik".
"İnam-2009" hərbi-dəniz manevrlərinin sentyabrda Qara dəniz hövzəsində keçiriləcəyi gözlənilir.

Digər xəbərlər