PDF Oxu

Dünya

  • 12

Latviya Seymi məmurların pensiya və əməkhaqlarını azaldıb

Latviya Seymi məmurların pensiya və əməkhaqlarını azaldıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 16-da Latviya Seymi özünün növbədənkənar yığıncağında məmurların pensiya və əməkhaqlarının ixtisar edilməsini nəzərdə tutan dövlət büdcəsinə ediləcək dəyişikliyi təsdiq etmişdir.
Bu dəyişikliyə əsasən, iyulun 1-dən etibarən məmurların əməkhaqqı 20 faiz, pensiyaları isə 10 faiz azaldılacaqdır. Latviya hökumətinin vergi siyasətində də dəyişikliklər ediləcəkdir. Əmək haqqından tutulacaq gəlir vergisi 35 lat azalacaq, pivə və spirtli içkilərin aksiz vergisi artırılacaqdır.
Yeni əsasnaməyə görə, Latviyanın büdcə defsiti 500 milyon lat məbləğində azalacaqdır. Deputatların 63 nəfəri qoyulan məsələnin lehinə, 30 nəfəri isə əleyhinə səs vermişlər. Xatırladırıq ki, Latviya Avropa ölkələri arasında maliyyə böhranından ən çox əziyyət çəkən ölkədir.

Digər xəbərlər