PDF Oxu

Dünya

  • 6

İtaliya üç Quantanamo məhbusunu qəbul etməyə razılıq verib

İtaliya üç Quantanamo məhbusunu qəbul etməyə razılıq verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 15-də İtaliyanın baş naziri Silvio Berluskoni Vaşinqtonda rəsmi səfərdə olarkən, ABŞ prezidenti Barak Obama ilə görüşmüş və üç Quantanamo məhbusunu qəbul  etməyə hazır olduğunu bildirmişdir.
Hələlik, məhbusların milli mənsubiyyəti haqqında heç bir məlumat verilmir. "Assoşieyted Press" agentliyi xatırladır ki, bu ilin mayında İtaliyanın xarici işlər naziri Franko Frattini üç nəfər Tunis əsilli Quantanamo məhbusunu qəbul etmək imkanına baxıldığını bəyan etmişdi.
İtaliya Quantanamo məhbuslarını qəbul etməyə razılıq verən ilk böyük dövlətdir. Bir müddət əvvəl kiçik ada dövlətləri Palau və Bermud adaları Quantanamo məhbuslarını qəbul etməyə hazır olduqlarını bildirmişlər.
Quantanamo həbsxanası 2002-ci ildə istifadəyə verilmişdir. Burada terrorizmdə ittiham olunanlar saxlanılırlar.  Məhbusların böyük əksəriyyətinin üzərinə heç bir ittiham aktı qoyulmamışdır. B.Obama 2010-cu ilin yanvarınadək həbsxanadakı dustaqların hamısını azadlığa buraxacağını vəd etmişdir.

Digər xəbərlər