PDF Oxu

Dünya

  • 14

İsraildə iki jurnalisti hərbi sirri yaymaqda ittiham etmişlər

İsraildə iki jurnalisti hərbi sirri yaymaqda ittiham etmişlər
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, İsrail məhkəməsi Fələstin əsilli iki jurnalisti hərbi sirri yaymaqda ittiham edərək, iki ay müddətinə azadlıqdan məhrum etmişdir. İttiham aktında deyilir ki, haqqında söhbət gedən jurnalistlər 2009-cu ilin yanvarında "Tökmə qurğuşun" əməliyyatından əvvəl İsrail ordusunun yer dəyişməsi haqqında məlumat sızdırmışlar.
Hərbi senzura qaydalarını pozan Qadir Şahin və Məhəmməd Sərxan olmuşdur. İsraildə jurnalistlər istənilən hərbi məlumatları yalnız TSAXAL nümayəndələri ilə razılaşdırmağa borcludurlar.
Yanvarın 3-də həmin jurnalistlər İranın xəbərlər agentliyinə İsrail ordusunun Qəzza bölgəsi sərhədində toplaşdığı haqda məlumat vermişlər. Jurnalistlərin vəkilləri ittiham qərarını çox sərt hesab etmişlər.

Digər xəbərlər