PDF Oxu

Dünya

  • 7

Yaponiya Şimali Koreya ticarəti üzərinə embarqo tətbiq edib

Yaponiya Şimali Koreya ticarəti üzərinə embarqo tətbiq edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yaponiya Şimali Koreyanın nüvə sınağı keçirməsinə cavab olaraq, bu ölkənin ixrac malları üzərinə embarqo tətbiq etmişdir. Məlum olduğu kimi, Pxenyan son nüvə sınağını may ayında keçirmişdir.
Yaponiyanın Ticarət Nazirliyinin yaydığı məlumata görə, bu qadağa 2010-cu ilin aprelinədək davam edəcəkdir. Nazir Masuru Yamadzumi embarqonun ixrac mallarının hər birinin üzərinə qoyulduğunu bildirir.
Yaponiya ilk dəfə Şimali Koreya üzərinə iqtisadi sanksiyanı 2006-cı ildə tətbiq etmişdir. O vaxt qadağa 24 ixrac malı üzərinə qoyulmuşdu. Həmin vaxt Şimali Koreyanın gəmilərinin heç biri Yaponiya limanlarına buraxılmırdı.

Digər xəbərlər