PDF Oxu

Dünya

  • 12

Türkiyə Ermənistanla soyuq müharibənin başa çatdığını bəyan edib

Türkiyə Ermənistanla soyuq müharibənin başa çatdığını bəyan edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyənin  xarici işlər naziri Əhməd Davudoğlunun verdiyi bəyanata görə, Ermənistanla soyuq müharibə başa çatmışdır. Nazirin dediyinə görə, ölkələr arasında münasibətlər bundan sonra düşmən obrazına əsaslanmayacaqdır.
O, belə hesab edir ki, Ankara ilə Yerevan arasında əlaqə dost Türkiyə və Azərbaycanın maraqlarına müvafiq surətdə möhkəmləndiriləcəkdir. Ə.Davudoğlu Ermənistan prezidenti Serj Sarksiyanın Ankaraya rəsmi səfərə dəvət edildiyini bildirmişdir. Bu səfər 2009-cu ilin oktyabrında nəzərdə tutulur.
2009-cu il aprel ayının axırlarında Türkiyə və Ermənistanın xarici işlər nazirlikləri ikitərəfli münasibətlərin normallaşdırılması ilə əlaqədar "yol xəritəsi" işləyib hazırlamışlar. Hazırda ölkələr arasındakı sərhəd bağlıdır və rəsmi diplomatik münasibətlər qurulmamışdır. Münasibətlərin nizamamlanmamasının başlıca səbəbi "erməni soyqırımı" və tanınmamış "Dağlıq Qarabağ"ın statusu məsələsidir. Türkiyə tələb edir ki, ermənilər soyqırım iddiasından əl çəksinlər və işğal etdikləri Azərbaycan torpaqlarını tərk etsinlər.
"Yol xəritəsi" həm Ermənistanda, həm də Türkiyədə tənqidlə qarşılanmışdır. Ermənistanın Ankara ilə yaxınlaşması erməni iqtidar koalisiyasında parçalanmaya səbəb olmuşdur. "Daşnaksütyun" partiyası Türkiyə ilə yaxınlaşmanın Ermənistanın maraqları əleyhinə olduğunu bəyan edib, tutduğu postu tərk etmişdir. Türkiyənin Xarici İşlər Nazirliyində isə Əhməd Davudoğlu Əli Babacanı əvəz etmişdir.

Digər xəbərlər