PDF Oxu

Dünya

  • 11

Meksika uşaq bağçasında yanğın törədilib

Meksika uşaq bağçasında yanğın törədilib
"Röyter" informasiya agentliyinin iyunun 11-də yaydığı məlumata görə, Meksikanın Ermosilyo şəhərinin uşaq bağçasında baş vermiş yanğın 44 nəfərin həlak olması ilə nəticələnmişdir. Mütəxəssislərin fikrincə, yanğının törədilməsinin səbəbi kondisionerin nasazlığı ilə bağlı olmuşdur.
Meksikanın ədliyyə naziri Eduardo Medina Moranın dediyinə görə, kondisioner həddindən artıq işlədildiyindən onun detallarının bir çox hissələri ərimişdir. Bundan sonra yanar aliminium döşəmədəki sənədlərin üzərinə düşüb yanğın törətmişdir.
Vəziyyəti ağırlaşdıran cəhətlərdən biri yanğın baş verən zaman yaxında əməkdaşların olmaması idi. Xilasedicilər divardan deşik açmalı olmuşlar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, günahkar olan əməkdaşlar məsuliyyətə cəlb ediləcəklər.
Yanğın mayın 6-da Meksikanın Sonora ştatının Ermosilyo şəhərinin uşaq bağçasında baş vermişdir. Yanğın baş verən zaman bağçada 176 uşaq olmuşdur. Onların 132 nəfərini xilas etmək mümkün olmuşdu.

Digər xəbərlər