PDF Oxu

Dünya

  • 11

Yaponiya parlamenti Kuril üzərində suverenlik hüququnu təsdiq edib

Yaponiya parlamenti Kuril üzərində suverenlik hüququnu təsdiq edib
"Yapan Today" nəşrinin yazdığına görə, iyunun 11-də Yaponiya parlamentinin aşağı palatası hazırda Rusiya ərazisi hesab edilən Cənubi Kurilin bir neçə adası üzərində öz suverenliyini təsdiq etmişdir. Deputatlar İturup, Şikotan, Kuşnir və Cənubi Kurilin Xabomay adalar qrupunun Yaponiyanın ayrılmaz hissəsi olduğunu yekdilliklə təsdiq etmişlər.
Qəbul edilmiş bu yeni qanun Rusiya-Yaponiya arasında aparılacaq danışıqlar ərəfəsində müzakirə ediləcəkdir. Danışıqlar iyul sammiti çərçivəsində aparılacaqdır.
Kuril adaları İkinci Dünya müharibəsindən sonra SSRİ-nin nəzarəti altına keçmişdir. Yaponiya bir neçə cənub adasına iddia etməkdə davam edir. Tərəflər 1956-cı ildə müharibənin başa çatması haqda deklarasiya imzalasalar da, nizamlanmamış ərazi mübahisəsi sülh müqaviləsinin imzalanmasına mane olur.
Yaponiyanın sağ təmayüllü siyasətçiləri, mütəmadi olaraq, Rusiyanın ünvanına sərt bəyanatlarla çıxış edirlər. May ayında Yaponiyanın baş naziri Taro Aso belə bir bəyanat vermişdi ki, Rusiya Cənubi Kuril adalarının "qeyri-qanuni işğalını" davam etdirməkdədir. Rusiyanın xarici işlər naziri Yaponiyanın iddilarının əsassız olduğu haqda rəsmi cavab vermişdir.

Digər xəbərlər