PDF Oxu

Dünya

  • 7

Gürcüstan müxalifəti tərəfdarlarının azadlığa buraxılmasına nail olub

Gürcüstan müxalifəti tərəfdarlarının azadlığa buraxılmasına nail olub
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 9-da Gürcüstan prezidenti Mixail Saakaşvili və müxalifət lideri Levan Qaçeçiladzenin görüşündən sonra həbs edilmiş müxalifətçilərin azadlığa buraxılması haqqında ilkin razılaşma əldə edilmişdir. L.Qaçeçiladzenin dediyinə görə, yaxın günlərdə, o, həbs edilmiş müxalifətçilərin siyahısını prezidentə təqdim edəcəkdir. Hazırda nə qədər müxalifətçinin həbs olunması haqda dəqiq məlumat yoxdur. Son məlumata görə, mayın 28-də polislə qarşıdurma zəminində 2-dən 11-dək müxalifətçinin həbs edildiyi bildirilir.
L.Qaçeçiladze M.Saakaşvili ilə görüşündə Gürcüstan-Rusiya münasibətləri, prezidentin istefası və ölkədə mövcud vəziyyəti müzakirə etdiyini bildirmişdir. "Bu gün M.Saakaşvilinin xalqla hər hansı kompromisə getmək istəyini görmürəm. Mənim danışığında, o, əsasən, Rusiyanın törədə biləcəyi təhlükə və bu təhlükədən əvvəl cəmiyyətin birləşməsi məsələsini ön plana çəkmişdi" deyə L.Qaçeçiladze bildirmişdir.
L.Qaçeçiladzenin dediyinə görə, müxalifət bundan sonra öz etiraz aksiyasını "daha radikal tərzdə" davam etdirəcəkdir. O, M.Saakaşviili ilə daha bir görüş keçirəcəyini də istisna etməmişdir. Xatırladırıq ki, Tbilisidə müxalifətçilərin etiraz aksiyası aprelin 9-da başlanmışdır. Başlıca tələb M.Saakaşvilinin istefası idi. Bundan sonra müxalifət fəalları öz məqsədlərini gerçəkləşdirmək üçün paytaxtın mərkəzi Azadlıq meydanında çadır şəhərciyi qurmuş və iyunun 1-dək onu sökməmişlər. Daha sonra müxalifətçilər dövlət müəssisələri qarşısında piketlər keçirmiş, başlıca yolları bağlamış və Tbilisi vağzalını blokadaya almışlar.

Digər xəbərlər