PDF Oxu

Dünya

  • 9

ABŞ RMƏ qurğularını Rusiya ərazisində yerləşdirmək istəyir

ABŞ RMƏ qurğularını Rusiya ərazisində yerləşdirmək istəyir
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya İranın nüvə təhlükəsi məsələsinə yeni münasibət bildirmiş və ABŞ-ın RMƏ planlarına münasibətdə yumşaldıcı möaqe tutmuşdur. ABŞ-ın müdafiə naziri Robert Geyts Rusiya ilə ikitərəfli danışıqların nəticələrinə əsaslanaraq, RMƏ qurğularının Rusiya ərazisində yerləşdirəcəyi məsələsinə baxılacağını bildirmişdir.
Vaşinqtonun Şərqi Avropada raketdən müdafiə qurğularının yerləşdirilməsi planı guya İranın nüvə təhlükəsi ilə bağlıdır. Rusiya bu plana mənfi reaksiya vermişdir. Rusiyanın kəşfiyyat xidməti belə bir nəticəyə gəlmişdir ki, yaxın 10 il ərzində İran Qərbi Avropanın bir çox ölkələrinə çatmaq qabiliyyətində olan raket düzəldə bilməyəcəkdir.

Digər xəbərlər