PDF Oxu

Dünya

  • 9

Atlantik okeanında daha 13 nəfərin cəsədi aşkar edilib

Atlantik okeanında daha 13 nəfərin cəsədi aşkar edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, xilasetmə-axtarış əməliyyatı iştirakçıları Atlantik okeanında qəzaya uğrayan "A330-200" təyyarəsinin daha 13 sərnişinin cəsədini aşkar etmişdir. Bununla da, bütövlükdə, 41 nəfərin meyiti tapılmışdır.
Braziliya aviadispetçer xidmətinin rəhbəri Roman Kardozonun artıq 16 cəsəd Fernandu-di-Noroniya arxipleqına gətirilmişdir. Onun dediyinə görə, tezliklə buraya daha 25 cəsəd gətiriləcəkdir. Bundan sonra ekspertlər ölənlərin şəxsiyyətini müəyyənləşdirməyə başlayacaqlar.
Bir gün əvvəl okeandan qəzaya uğramış təyyarənin quyruq hissəsində yerləşən stabilizator tapılmışdır. Mütəxəssislər belə hesab edirlər ki, bu cihaz təyyarənin "qara qutu"sunun tapılmasına kömək edəcəkdir. Bu məqsədlə, qəza zonasına Fransaya məxsus sualtı qayıq gətirilmişdir. Xatırladırıq ki, təyyarə iyunun 1-nə keçən gecə qəzaya uğramışdı.

Digər xəbərlər