PDF Oxu

Dünya

  • 9

Tailand terrorçuları məsciddə ibadət edənləri atəşə tutmuşlar

Tailand terrorçuları məsciddə ibadət edənləri atəşə tutmuşlar
"Assoşieyted Press" informasiya agentliyinin iyunun 8-də yaydığı məlumata görə, Tailandın cənub əyaləti olan Narathivatda terrorçular məsciddə 10 nəfəri qətlə yetirmiş, 13 nəfəri isə yaralamışlar.
Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi əyalət polisinin məlumatına görə, bazar ertəsi 5 nəfərə yaxın terrorçu ibadət zamanı məscidi atəşə tutmuşdur. Həmin vaxt məsciddə 50 nəfərə yaxın dindar namaz qılırdı. Ölənlər arasında məscidin imamı da olmuşdur.
Hələlik, hadisənin məsuliyyətini heç bir terrorçu təşkilat öz üzərinə götürməmişdir. Hökumət nümayəndələri də hadisənin təhqiqatı haqda heç bir rəsmi versiya irəli sürməmişlər. Agentliyin məlumatına görə, son vaxtlar əyalətə ekstremistlərin hücumu geniş vüsət almışdır. Agentlik belə hesab edir ki, terror aktını islamçı ekstremistlər həyata keçirmişlər. Son beş il ərzində onlar Tailandın cənubunda 3700 nəfərə yaxın adam öldürmüş, 10 min nəfərə yaxın adamı isə yaralamışlar.
Agentliyin məlumatına görə, bir müddət əvvəl, Narathivatda partlayıcı qurğununu işə salınması nəticəsində bir hərbi qulluqçu həlak olmuş, 8 nəfər yaralanmışdır. Nəhayət, iyunun 7-də əyalətdə baş vermiş partlayış nəticəsində iki nəfər həlak olmuşdur.

Digər xəbərlər