PDF Oxu

Dünya

  • 11

Qəzaya uğramış təyyarənin quyruq hissəsinin fraqmentləri tapılıb

Qəzaya uğramış təyyarənin quyruq hissəsinin fraqmentləri tapılıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Braziliya dənizçiləri iyunun 8-də "Air Franke" aviakompaniyasına məxsus "A-330" aerobusunun quyruq hissəsində yerləşən stabilizatoru aşkar etmişlər. Belə ehtimal olunur ki, stabilizatorun tapılması qara qutunun tapılmasına kömək edəcəkdir. Fransaya məxsus sualtı qayıq iyunun 10-da stabilizatorun tapıldığı ərazidə təhqiqat işləri aparacaqdır. Qara qutunun tapılması isə qəzanın səbəblərini müəyyənləşdirməyə imkan verəcəkdir. Hələlik, məlum olan odur ki, təyyarə radar ekranlarından itənədək, onun bütün sistemləri işləməmişdir.
İyunun 8-dək olan məlumata görə, 16 nəfərin cəsədi aşkar edilmişdir. Bortunda 228 nəfər sərnişin olan təyyarə Rio-de-Janeyrodan Parisə uçurdu. İyunun 1-də təyyarə Atlantik okeanın üzərində olarkən, radar ekranlarından itmişdir. Həmin vaxt təyyarə Braziliya sahillərindən 350 kilometr aralanmışdır.

Digər xəbərlər