PDF Oxu

Dünya

  • 10

Liviyalılar su topu vasitəsilə quldurlardan qorunublar

Liviyalılar su topu vasitəsilə quldurlardan qorunublar
"Assoşieyted Press" informasiya agentliyinin iyunun 8-də yaydığı məlumata görə, Ədən körfəzindən keçən Liviyaya məxsus neft tankerinin heyəti su topunun köməyi ilə dəniz quldurlarını qovmağa müvəffəq olmuşlar.
Dəniz quldurları "Aişə" tankerinə iyunun 7-də hücum etmişlər. Tankerin bortunda 144 min ton neft olmuşdur. Gəmini arendaya götürmüş Liviya milli dəniz kompaniyasının nümayəndəsi Tarik Yusifin dediyinə görə, tanker Sudandan Çin tərəfə istiqamət götürərkən, dəniz quldurları qayıqlarda ona yaxınlaşmış və havaya atəş açmağa başlamışlar. Daha sonra dəniz quldurları tankeri saxlamağı əmr etmişlər. T.Yusifin dediyinə görə, kapitan onlara tabe olmamış, gəmi mühafizəçiləri isə su toplarından dəniz quldurlarına atəş açmışlar. Nəticədə tanker heç bir xəsarət almamışdır. "Aişə"nin 21 heyət üzvü quldurlara qalib gəlmişdir. 2009-cu ildən etibarən Somali dəniz quldurları Ədən körfəzində 100-dən çox gəmini ələ keçirməyə cəhd etmişlər.

Digər xəbərlər