PDF Oxu

Dünya

  • 10

Avropa Parlamenti seçkilərində seçicilərin sayı az olub

Avropa Parlamenti seçkilərində seçicilərin sayı az olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 7-də keçirilən Avropa Parlamenti seçkilərində seçicilərin sayı rekord miqdarda az olmuşdur. İlkin məlumata görə, seçkidə seçicilərin 43 faizi iştirak etmişdir. Bundan əvvəlki antirekord 2004-cü il seçkilərində müşahidə edilmişdi. O zaman seçicilərin sayı 45,5 faiz olmuşdur.
İlkin proqnozlara görə, 736 mandatın əksəriyyətinin sağ mərkəzçi Avropa Birliyi Partiyası ilə birləşərək, fraksiya yaratmış Avropa Xalq Partiyası qazanmışdır. Bu partiya Avropa Parlamentində 268 yer tutmuşdur. Avropa Sosialistlər Partiyasının deputatları 170 mandat almışlar. Üçüncü yerdə Avropa liberalları və demokratları alyansı təxminən 81 yer tutmuşlar. Onların ardınca 54 mandat qazanmış "yaşıllar" gəlir.
Bazar günü Almaniya, İspaniya, Fransa, İtaliya, bütövlükdə, 19 ölkənin deputatları Avropa Parlamenti seçkilərində iştirak etmişlər. Almaniya, Fransa və İtaliyada iqtidarda olan partiyalar uğur qazanmışlar. Angela Merkelə məxsus Xristian-Demokratlar Partiyası 39,2 faiz səs qazanmışdır. Fransanın iqtidarda olan "Xalq Hərəkatı Uğrunda İttifaq" Partiyası 28,3 faiz səs qazanmışlar. İtaliyada Silvio Berluskoninin başçılıq etdiyi sağ mərkəzçi partiya qalib gəlmişdir.
İspaniyada mühafizəkar Mariano Raxoyun başçılıq etdiyi iqtidarda olan İspaniya Sosialist Fəhlə Partiyası 42,03 faiz səslə məğlubiyyətə uğramışdır. Xose Luis Rodriges Sapateronun partiyası cəmi 38,66 faiz səs toplamağa müvəffəq olmuşdur. Yunanıstan və Sloveniyada iqtidarda olan partiyalar uğursuzluğa məruz qalmışdır.
RİA "Novosti" agentliyinin məlumatına görə, Latviyada mühafizəkar "Vətəndaş İttifaqı" Partiyası 24,32 faiz səslə uğur qazanmışdır. Estoniyada müxalifətçi Mərkəzçi Partiyası daha çox səs toplaya bilmişdir.

Digər xəbərlər