PDF Oxu

Dünya

  • 12

Fars körfəzi ölkələri valyuta birliyi yaratmaq üçün razılıq sənədi imzalamışlar

Fars körfəzi ölkələri valyuta birliyi yaratmaq üçün razılıq sənədi imzalamışlar
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 7-də Fars körfəzinin 4 ölkəsi valyuta birliyi yaratmaq üçün razılıq sənədi imzalamışlar.
Sənədi Küveyt, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri imzalamışlar. Oman və Birləşmiş Ərəb Əmirlikləri valyuta birliyi yaradılmasından imtina etmişlər.
Bu ölkələrin vahid valyuta sistemini tənzimləyən bank Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda olacaqdır. Birləşmiş Ərəb Əmirlikləri isə, bankın Əbu-Dabidə yerləşməsini istəyirdi.
Bu ölkələrin vahid valyutası 2013-cü ildə dövriyyəyə buraxılacaqır.

Digər xəbərlər