PDF Oxu

Dünya

  • 10

Livanda parlament seçkilərində iqtidar koalisiyası uğur qazanıb

Livanda parlament seçkilərində iqtidar koalisiyası uğur qazanıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 7-də Livanda keçirilən parlament seçkilərində iqtidarda olan "14 mart koalisiyası" qalib gəlmişdir. Koalisiyanın lideri Saad Hərriri tərəfdarlarını qələbə münasibətilə təbrik etmiş və müxalifətin nümayəndələrini "Livanın mənafeyi naminə" əməkdaşlığa çağırmışdır. "Hizbullah" hərəkatının da daxil olduğu "8 mart koalisiyası" ilkin səsvermənin nəticələrindən sonra məğlubiyyətini etiraf etmişdir. "Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Həriri koalisiyası parlamentdə 67, "8 mart koalisiyası" isə 52 yer tutacaq. Parlamentin iki kreslosu müstəqil namizədlərə həvalə olunacaq. Qalan 7 yer uğrunda mübarizə davam edir. Livan parlamentində 128 deputat kreslosu mövcuddur.

Digər xəbərlər