PDF Oxu

Dünya

  • 9

Pxenyan Seulla danışıqlara getməyə razılıq verib

Pxenyan Seulla danışıqlara getməyə razılıq verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 5-də Şimali Koreya hökuməti sərhədyanı Keson şəhərində işgüzar səviyyədə dövlətlərarası danışıqlar aparmaq üçün Seulun təklifini qəbul etmişdir. Görüş iyunun 11-də keçirləcəkdir. Görüşün gündəliyinin başlıca məsələsi Keson sənaye zonasındakı vəziyyətə həsr ediləcəkdir.
Şimali Koreyanın sərhədyanı Keson şəhər sənaye zonasında onlarla Cənubi Koreya müəssisələrində 39 min nəfərə yaxın Şimali Koreya vətəndaşı işləyir. 2009-cu ilin aprelində Keson da dövlətlərarası nümayəndələrin iştirakı ilə keçirilən danışıqlarda Pxenyan Cənubi Koreya kompaniayları üzərinə birtərəfli qaydada sanksiyalar tətbiq etmişdir. Şimali Koreya nümayəndələri növbəti ildən etibarən fəhlələrin əməkhaqqını artırmağı və torpaq sahəsi üçün arenda haqqı ödəməyi tələb etmişdir. İki dövlət arasında razılaşmalara əsasən, Keson zonasında yerləşən müəssisələr 2004-2014-cü illər ərzində torpaq sahələri üçün arenda haqqı ödəməkdən azad edilmişlər.
2008-ci ildə Kesondakı birgə müəssisələrdə 250 milyon dollar həcmində məhsul istehsal edilmişdir.

Digər xəbərlər