PDF Oxu

Dünya

  • 8

Qviniya-Bisauda prezidentliyə namizəd qətlə yetirilib

Qviniya-Bisauda prezidentliyə namizəd qətlə yetirilib
"BBS Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Qviniya-Bisauda prezidentliyə namizədliyini irəli sürmüş Bakiro Dabo öldürülmüşdür. Siyasətçinin mühafizəçilərinin rəisinin dediyinə görə, səhər tezdən hərbi forma geyinmiş bir qrup silahlı şəxs B.Dabonun evinə soxularaq, 50 yaşlı deputata odlu silahdan bir neçə atəş açmışdır.
B.Dabo əvvəllər nazir postunu tutmuşdu. O, iqtidarda olan Afrika Partiyasının üzvü olmuş, Qviniya-Bisau və Kabo-Verdenin azadlığı uğrunda mübarizə aparmışdır. Ancaq seçkilərdə müstəqil namizəd kimi çıxış edirdi.
Qviniya-Bisau da prezident seçkiləri, əvvəlki dövlət başçısı Juan Bernardu Vyerin mart ayında hərbçi üsyançılar tərəfindən öldürülməsindən sonra elan olunmuşdur. Hərbi üsyançılar prezidenti baş qərargahın rəisi general Taqme Na Vayenin qətlində suçlu bilirdilər.
Qviniya-Bisaunun Portuqaliya əsarətində müstəqilliyə çıxması 1974-cü ildə elan edilmişdi. O vaxtdan etibarən ölkədə siyasi böhran davam etməkdədir. Ölkənin əhalisinin 75 faizi yoxsulluq həddində yaşayır.

Digər xəbərlər