PDF Oxu

Dünya

  • 14

Kaliforniya məscidi təhqir edilib

Kaliforniya məscidi təhqir edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Kaliforniya ştatının cənubundan yerləşən məscid vandalların hucumuna məruz qalmışdır. Ştatın Oranc-Kaunti dairəsinin Saypress şəhərində yerləşən məscidin divarları təhqiramiz yazılarla örtülmüşdü.  Yerli hakimiyyət dairələrinin fikrincə, vandalların bu cür hərəkətlərinin səbəbi Barak Obamanın islam dünyasını ABŞ-la münasibətləri yaxşılaşdırmağa çağırışı olmuşdur. Hələlik, vandalların kimliyini müəyyənləşdirmək mümkün olmamışdır.
İyunun 4-də Saypressin İslam Mərkəzinin fasadında da təhqiramiz ifadələr və təhdidli yazılar müşahidə edilmişdir. Polis serjantı Tom Bryusun dediyinə görə, o, fasadı yoxladıqda yazılar hələ təzə idi. İnsidentin şahidləri olmamışdır. Yazılar içində bu cür ifadələrə rast gəlinir: "Sizin hamınızı məhv edəcəyik!", "ABŞ ordusu hamınızı qıracaq!" Polis baş verən cinayətin motivinin nifrətlə bağlı olduğunu bildirir.
ABŞ prezidenti B.Obama 3-4 iyunda Səudiyyə Ərəbistanı və Misirə səfər etmişdi. Belə ehtimal olunurdu ki, Corc Buşun prezidentliyi dövründə islam aləmi ilə ABŞ arasında pozulmuş münasibətlər B.Obamanın səfəri ilə yoluna qoyulacaqdır. Oranc-Kaunti dairəsinin humanitar məsələlər üzrə komissiyasının icraçı direktoru Rasti Kennedi belə hesab edir ki, vandalların törətmiş olduqları cinayətin səbəbi B.Obamanın münasibətlərin normallaşması ilə bağlı təşəbbüsləri olmuşdur. Komissiyanın məruzəsinə əsasən, dairədə nifrəti motivləri üzrə cinayətlərin sayı 2007-ci ildə 80, 2008-ci ildə 79 olmuşdur.

Digər xəbərlər