PDF Oxu

Dünya

  • 14

Medvedev Rusiya iqtisadiyyatının çatışmayan cəhətlərini açıqlayıb

Medvedev Rusiya iqtisadiyyatının çatışmayan cəhətlərini açıqlayıb
Rusiya prezidenti Dmitri Medvedev "CNBC" Amerika telekanalına verdiyi müsahibədə ölkə iqtisadiyyatının bugünkü vəziyyətindən və hökumətin qolobal böhranın nəticələrini aradan qaldırmaq üçün göstərdiyi cəhdlərdən bəhs etmişdir. Onun dediyinə görə, başqa ölkələrə nisbətən Rusiya iqtisadiyyatı qlobal böhrandan daha çox zərər çəkmişdir.
D.Medvedevin dediyinə görə, Rusiya iqtisadiyyatının mürəkkəbliyi onun ixraca istiqamətlənmiş cari strukturunun dərəcəsi ilə əlaqədardır. "Başlıca problemi ixrac edilən məhsullar yaradır ki, bu da neftin və qazın qiymətinin dəyişməsi ilə əlaqədardır. Nəticədə bir çox ixrac mallarınını, misal üçün, metal məhsularının da qiyməti kifayət qədər enmişdir" deyə D.Medvedev bildirmişdir.
Rusiya prezidentinin dediyinə görə, iqtisadiyyatın süqutu məhz bu amillə bağlı olmuşdur. Onun fikrincə, iqtisadiyyatın digər sahələri ciddi süqutla üzləşəcəkdir. D.Medvedev belə hesab edir ki, iqtisadi böhranın qarşısını almaq üçün investisiya mühitini yaxşılaşdırmaq lazımdır. "Əlbəttə, biz bu işlə məşğul olacağıq. Ancaq bunun üçün yeni struktur yaratmalıyıq" deyə Rusiya prezidenti bildirmişdir.
D.Medvedev belə hesab edir ki, gələcəkdə iqtisadi böhranların təkrar olunmaması üçün dollara, avroya, funt sterlinqə və iyenə əlavə bir neçə ehtiyat valyuta yaratmaq lazımdır.

Digər xəbərlər