PDF Oxu

Dünya

  • 14

Yanukoviç YTB ilə danışıqların final mərhələsinə çatdığını bildirib

Yanukoviç YTB ilə danışıqların final mərhələsinə çatdığını bildirib
"Delo" qəzetinin yazdığına görə, Ukraynanın Regionlar Partiyası və Yuliya Timoşenko Bloku arasında gedən danışıqların final mərhələsi başlanmışdır. Bu bəyanatı iyunun 3-də Ali Radanın yığıncağında regionçuların lideri Viktor Yanukoviç vermişdir. Onun dediyinə görə, son qərar yaxın vaxtlarda regionçuların siyasi şurasının yığıncağında qəbul ediləcəkdir.
Koalisiya tərəfləri arasında mübahisənin başlıca səbəbi hökumətin iqtisadi blokundakı rəhbər vəzifələrin bölüşdürülməməsidir. Bu fikir regionçuların nümayəndəsi Vladimir Rıbaka məxsusdur. Onun dediyinə görə, regionlar həm də Ukraynanın daxili işlər naziri Yuli Lutsenkonun istefasını tələb edirlər. Ancaq YTB-çilər nazirin vəzifəsində qalmasını təkid edirlər.
"Ukrainskaya pravda" qəzetinin yazdığına görə, YTB və Regionlar Partiyasının ilkin razılaşmaları konstitusiyada ediləcək dəyişikliklərlə bağlıdır. Bu zaman prezidentin seçilməsi mexanizmi və Ali Radanın yeni heyətinə verilən səlahiyyət diqqət mərkəzində olmalıdır.

Digər xəbərlər