PDF Oxu

Dünya

  • 6

Moskva altında baş vermiş təbii fəlakət nəticəsində 45 nəfər xəsarət alıb

Moskva altında baş vermiş təbii fəlakət nəticəsində 45 nəfər xəsarət alıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 4-nə keçən gecə Moskvanın Sergiyev Posada guşəsində baş vermiş tufan nəticəsində 45 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Yerli hüquq-mühafizə orqanı əməkdaşlarının məlumatına görə, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilmişdir. Yaralanların üçün vəziyyəti ağırdır. Moskva altındakı İstrin rayonunun xəstəxanasına 6 nəfər daxil olmuşdur.
RİA "Novosti"nin məlumatına görə, külək və leysan yağışlar Rusiyanın mərkəzi hissəsində 250-dən çox yaşayış məntəqəsini işıqsız qoymuşdur. Bu rayonda 41 min nəfərdən çox əhali yaşayır. Təbii fəlakətdən Moskva, Smolensk, Ryazan, Braynsk, Kaluqa və Vladimirsk vilayətləri zərər çəkmişdir. Bərpa işləri ilə 300 nəfərə yaxın mütəxəssis məşğul olur.
Moskvada iyunun 4-ə keçən gecə külək 90-dan çox ağacı yerə yıxmışdır. Küləyin surəti saniyədə 17 metrə çatırdı. Ancaq gecə yağan leysan yağışlar Moskvanın küçə və yollarını su altında qoya bilməmişdir.

Digər xəbərlər