PDF Oxu

Dünya

  • 12

Braziliya Atlantik okeanında qəzaya uğramış təyyarənin yerini müəyyənləşdirib

Braziliya Atlantik okeanında qəzaya uğramış təyyarənin yerini müəyyənləşdirib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fernandu-di-Noronya Braziliya arxipelaqının şimali-şərq hissəsində 650 kilometrliyində aşkar edilmiş təyyarə qırıntıları yoxa çıxmış "Air France" aerobusuna məxsus olduğu müəyyən edilmişdir. Jurnalistlər qarşısında bu cür bəyanatla Braziliyanın müdafiə naziri Nelson Jobim çıxış etmişdir.
Onun dediyinə görə, bu məsələdə mübahisə üçün yer qalmamışdır. Nazir təyyarə qırıntılarının 5 kvadrat kilometr əraziyə səpələndiyini və qəza yerində okean suyu üzərinə aviasiya yanacığının dağıldığını bildirmişdir. Bu da qəzanın məhz bu ərazidə baş verdiyi ehtimalını təsdiqləmişdir. N.Jobim hazırda hadisə yerində üç yük gəmisinin olduğunu və Braziliyanın hərbi dəniz qüvvələrinin ilk gəmilərinin qəza zonasına yola düşdüyünü bildirmişdir. "Həmin gəmilər qəzanın baş verdiyi zonada olan qırıntıları suyun üzərinə qaldıracaqlar. Nazirin dediyinə görə, hadisə yerində həlak olanların cəsədlərinin tapılacağı halda onlar arxipelaqdakı yaxın aeroporta, oradan da Braziliyaya gətiriləcəkdir.
Xatırladırıq ki, "Air France" aviakompaniyasına məxsus "A330-200" təyyarəsi Rio-de-Janeyrodan Parisə uçarkən iyunun 1-də radar ekranlarından yoxa çıxmışdır. Təyyarənin bortunda 31 ölkədən 228 sərnişin olmuşdur. Fransanın hakimiyyət dairələri terror aktı versiyasını istisna etmişlər. İlkin məlumata görə, qəzanın səbəbi təyyarənin ildırımla toqquşması və ya elektrik cihazlarındakı nasazlıq olmuşdur. N.Jobimin dediyinə görə, qəzanın təhqiqatlarının araşdırılması Fransa hökumətinin üzərinə düşür.

Digər xəbərlər