PDF Oxu

Dünya

  • 16

Rusiya Şimali Koreya raketini vurmaq iqtidarında deyil

Rusiya Şimali Koreya raketini vurmaq iqtidarında deyil
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın Uzaq Şərqdə havadan müdafiə vasitələri olmadığından Şimali Koreyanın ballistik raketlərini vurmaq iqtidarında deyil. Bu bəyanatı agentliyə Rusiyanın hərbi-hava qüvvələrinin keçmiş baş komandanı Anatoli Kornukov ötürmüşdür. Bu bəyanat Rusiyanın Uzaq Şərqdəki hərbi-hava qüvvələri və havadan müdafiə sistemləri birliyinin komandanı general-leytenant Valeri İvanovun yalançı bəyanatına cavab olaraq səsləndirilmişdir. V.İvanov, öz növbəsində, belə bir bəyanat vermişdi ki, aprelin 5-də Şimali Koreyanın havaya buraxdığı ballistik raket Rusiya sərhədini keçəcəyi təqdirdə, "ZRK S -300" qurğusu vasitəsilə məhv edilərdi.
A.Kornukov bu bəyanatla əlaqədar demişdir: "Şimali Koreya raketləri hətta Rusiyanın hava məkanına daxil olsaydılar, "S -300" zenit-raket kompleksinin onu vurmağa gücü çatmazdı. Bu kompleks nə sürəti, nə də yüksəkdə axtarış qabiliyyəti ilə ballistik raketləri vurmaq imkanında deyil."
Mayın 26-da Rusiya ordusunun baş qərargahındakı mənbə belə bir bəyanat vermişdi ki, "S -300" kompleksi istənilən sürətlə uçan ballistik raketləri 90 faizi dəqiqliklə vura bilər.

Digər xəbərlər