PDF Oxu

Dünya

  • 10

ABŞ İraq şəhərlərindən ordunun çıxarılmasını sürətləndirməyə çalışır

ABŞ İraq şəhərlərindən ordunun çıxarılmasını sürətləndirməyə çalışır
"Röyter" informasiya agentliyinin ABŞ-ın İraqdakı qoşunlarının komandanı general Rey Odiernoya əsaslanaraq, yaydığı məlumata görə, hərbi komandanlıq Bağdadın təhlükəsizliyi haqda razılaşmanın şərtlərinə əməl edərək, öz hərbi qüvvələrini İraq şəhərlərindən iyunun 30-dək çıxarmaq niyyətindədir.
Generalın dediyinə görə, İraqın bir çox yaşayış məntəqələrində terrorçu qruplaşmaların fəallaşmasına baxmayaraq, ordunun vaxtında çıxarılması haqda qərar qəbul edilmişdir. General ordunun çıxarılmasından sonra Mosul şəhərində terror aktlarının çoxalacağını ehtimal edir. ABŞ qoşunları İraq şəhərlərini tərk etdikdən sonra nəzarəti İraq ordusu öz üzərinə götürəcəkdir. R.Odierno belə hesab edir ki, bu hal vəziyyətin kifayət qədər yaxşılaşacağını ehtimal etməyi əsas verir. Onun dediyinə görə, ABŞ ordusu 2011-ci ildə İraq ərazisindən tamamilə çıxarılanadək yerli hərbçilərə kömək etməkdə davam edəcəkdir.

Digər xəbərlər