PDF Oxu

Dünya

  • 11

Barak Obama Dik Çeyninin sözlərində səhv tapıb

Barak Obama Dik Çeyninin sözlərində səhv tapıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Dik Çeyninin çıxışında səhv informasiya olduğunu bəyan edib. Agentliyin məlumatına görə, son vaxtlar D.Çeyni aktiv surətdə B.Obama siyasəti əleyhinə çıxış edir. O, prezidentin təhlükəsizlik məsələlərinə münasibətdə səhvə yol verdiyini bildirir və Corc Buş administrasiyasının bu sahədəki uğurlarının daha çox olduğunu vurğulayır.
Ağ Evdə agentliyə izah etmişlər ki, B.Obama mayda keçirilən "McClatchu" nəşriyyat kompaniyasının apardığı tədqiqatlardan danışmışdır. Mayın 21-də D.Çeyninin Amerika Sahibkarlıq İnstitutunda çıxışında "şişirdilmiş, yalan məlumatlar" olmuşdur. D.Çeyninin həmin çıxışı milli təhlükəsizlik məsələlərinə həsr edilmişdir. Keçmiş vitse-prezident B.Obamanın Quantonamo həbsxanasının bağlanması haqqındakı iddialarını səhv addımı kimi xarakterizə etmişdir.
D.Çeyninin növbəti bəyanatı C.Buş administrasiysının siyasətini müdafiə etməklə əlaqədar olmuşdur. Bu dəfə söhbət İraqa hücumla bağlı idi. D.Çeyninin fikrincə, 2003-cü ildə İraqa hücum edilməsəydi, Səddam Hüseyn kütləvi qırğın silahı yarada bilər və "Əl-Kaidə" qruplaşması ilə əlaqələrini möhkəmləndirə bilərdi.
D.Çeyni iyunun 1-də Vaşinqtonun milli mətbuat klubunda çıxışı zamanı Səddam Hüseyninin 11 sentyabr terror aktlarında iştirak olmadan etiraf etmişdir. Ancaq keçmiş vitse-prezident S.Hüseynin terrorçu qruplaşmalarla əlaqələrinin sıx olmasını bəyan etmişdir. "Səddam Hüseynin terrorçuluğa dövlət səviyyəsində sponsorluq etməsi bizə mane olur. Bu, mənim yox, bizim kəşfiyyat orqanlarının və Dövlət Departamentinin məlumatlarıdır" deyə D.Çeyni bildirmişdir.

Digər xəbərlər