PDF Oxu

Dünya

  • 8

Viktor Yuşşenko Sankt-Peterburq iqtisadi forumuna getməkdən imtina edib

Viktor Yuşşenko Sankt-Peterburq iqtisadi forumuna getməkdən imtina edib
"UNİAN" informasiya agentliyinin Ukrayna prezidenti katibliyinin sədr müavini Andrey Qonçaruka əsaslanaraq, yaydığı məlumata görə, Ukrayna prezidenti Viktor Yuşşenko Sankt-Peterburq şəhərində keçiriləcək iqtisadi foruma getməkdən imtina etmişdir. A.Qonçarukun dediyinə görə, forumun proqramında "prezidentlik seqmentinin çatışmaması" səbəbindən V.Yuşşenkonun forumada iştirakı qeyri-münasib hesab edilib.
"Ukrayna tərəfin Sankt-Peterburq səfərinin iqtisadi böhrandan əlverişli tərzdə çıxacağı haqda informasiya olmadığı təqdirdə Rusiya Federasiyası ilə yüksək səviyyədə konstruktiv dialoqun olacağını bilmədiyimiz halda, prezidentin bu tədbirdə iştirakını münasib bilmədik" deyə A.Qonçarov bildirmişdir.
V.Yuşşenko Sankt-Peterburqda 6-7 iyunda keçiriləcəyi nəzərdə tutulan Ümumdünya Taxılçılıq Forumunda da iştirakdan imtina etmişdi. Məlum olduğu kimi, Sankt-Peterburqda iqtisadi forum 4-6 iyunda keçiriləcəkdir.

Digər xəbərlər