PDF Oxu

Dünya

  • 11

Müxalifətçilər Tbilisi meydanından çadır və qəfəsləri yığışdırıblar

Müxalifətçilər Tbilisi meydanından çadır və qəfəsləri yığışdırıblar
"İTAR-TASS"  informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstan müxalifətinin fəalları Tbilisinin Azadlıq mərkəzi meydanında quraşdırdıqları çadır şəhərciyini yığışdırmışlar. Müxalifət partiya liderlərinin dediklərinə görə,  meydanın çadırlarla və "qəfəs-kameralar"la bəzədilməsi öz işini görmüşdür. Hazırda müxalifətçilər başlıca diqqətlərini  dövlət müəssisələri qarşısında piketlər keçirməyə yönəltmişlər. Son vaxtlar piketlər parlament və Tbilisi merliyi binaları qarşısında keçirilir.
Çadırlar Azadlıq meydanında aprelin ortalarında quraşdırılmışdı. Onlar yığışdırıldıqdan sonra avtomobillərin hərəkəti bərpa edilmişdir. Bir müddət əvvəl müxalifətçilər ölkənin İctimai Televiziyası qarşısında blokadaya aldıqları yolu açmışdılar. Ancaq həmin vaxt atılan bu addım xeyirxah hərəkət kimi qiymətləndirilsə də, son qərar dinc mübarizənin vacibliyi məqsədilə qəbul edilmişdir. Çünki müxalifətçilərin məqsədi Mixail Saakaşvilinin istefaya çıxması tələbini gerçəkləşdirməkdir. Sökülmüş çadırlar  və qəfəslər parlament binası qarşısındadır. Aprelin 9-dan etibarən müxalifətçilər burada hər cür mitinq keçirib prezident M.Saakaşvilinin istefasını tələb edirlər. Onlar həm də növbədənkənar parlament seçkilərinin keçirilməsi şüarı ilə çıxış edirlər. M.Saakaşvili isə dəfələrlə bəyan etmişdir ki, tutduğu postu tərk etməyəcəkdir.

Digər xəbərlər